Quran surələri ilə qısa tanışlıq – ‘Hədid’ surəsi

Quran surələri ilə qısa tanışlıq – ‘Hədid’ surəsi

Surələr gülüstanı

“Hədid“ surəsi Mədinədə nazil olmuş və 29 ayədən ibarətdir.
 
Bu surə Mədinədə nazil olduğu üçün, təbii ki, özündə Mədinədə nazil olan surələrin xüsusiyyətlərini ehtiva edir; etiqadi əsasların təhkimindən əlavə, müxtəlif əməli göstərişlər, sosial və idarəçilik sahələrinə xüsusi yer ayrılır ki, 10-11 və 25-ci ayələrdə onun nümunələrinə rast gəlinir.
 
Ümumiyyətlə, “Hədid“ surəsinin möhtəvasını yeddi hissəyə ayırmaq olar:
 
1. Surənin ilk ayələrində tövhid və ilahi sifətlər geniş və maraqlı şəkildə bəhs olunur, Allah-Taalanın iyirmi sifətinə toxunulur ki, onların dərki insanı yüksək ilahi mərifət məqamına qaldırır.
 
2. İkinci hissədə şirk qaranlığında işıq saçan ilahi nurun – Qurani-Kərimin əzəmətindən danışılır.
 
3. Üçüncü hissə Qiyamətdə möminlərlə münafiqlərin halına həsr edilir; belə ki, birinci qrup iman nuru sayəsində Behiştə doğru addmlayır, ikinci qrup isə şirk və zülm qaranlığında qalası olurlar.
 
Beləliklə, İslamın üç mühüm əsası – tövhid, nübuvvət və məad bəhsləri bu surədə öz əksini tapmış olur.
 
4. Növbəti hissədə şirkdən qurtuluş və imana dəvət haqqında söz açılır, bir qrup keçmiş qövmlərin taleyi və aqibəti əks olunur.
 
5. Surənin mühüm hissəsində Allah yolunda infaqdan – məxsusən, Allah yolunda mübarizə sütunlarının möhkəmliyi üçün olunan yardımdan və dünya malının dəyərsizliyindən danışılır.
 
6. Aşkar dəlil-sübutlarla peyğəmbərlərin mühüm hədəflərindən biri olan sosial-ictimai ədalətdən qısa şəkildə söz açılır.
 
7. Sonda rahiblik və asket həyat tərzi məzəmmət olunur, İslamın ondan ayrılığına aydınlıq gətirlir.
 
Əlbəttə, bu bəhslərlə yanaşı, insanların hidayəti ilə bağlı digər uyğun məqamlara da işarə olunur. (“Təfsiri-nümunə“, c.23, səh.292.)
 
Yeri gəlmişkən, sözügedən surәnin 25-ci аyәsindә “dәmir“ hаqqındа söz açıldığından surә “Hәdid“ (dəmir) аdlаndırılmışdır. Belə ki, həmin ayədə belə buyurulur:
 
لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ
 
“Həqiqətən, biz pеyğәmbәrlәrimizi аçıq-аşkаr dәlillәrlә gördәrdik; оnlаrlа birlikdә kitаb, mizаn nаzil еtdik ki, insаnlаr әdаlәtlә rәftаr еtsinlәr. Biz çох möhkәm vә insаnlаrа fаydаlı dәmiri dә icаd еtdik ki, Аllаh Оnu görmәdәn Оnа vә pеyğәmbәrlәrinә kömәk göstәrәnlәri bildirsin. Hәqiqәtәn, Аllаh yеnilmәz qüdrәt vә qüvvәt sаhibidir.
 
Aydındır ki, dәmir vаsitәsilә insаn düşmәn tәcаvüzünә cаvаb vеrә bilәr. Әlbәttә ki, dәmirin fаydаlаrı çoxdur və azcа diqqәt yеtirsәk, onun hәyаtımızdа nеcә böyük rоl оynаdığınа şаhid оlаrıq. Аyәdә də bildirilir ki, Аllаh dәmiri yаrаtmаqlа kimin Аllаh vә Оnun pеyğәmbәrlәrinә kömәkçi, kimin isə düşmәn оlduğunu аydınlаşdırmаq istәdi.
 
“Hədid” surəsini tilavət etməyin fəziləti
 
İslam rəvayətlərində “Hədid” surəsini tilavət etməyin savab və fəzilətilə bağlı maraqlı məqamlara toxunulmuşdur. Əlbəttə, bu savab və fəzilət təfəkkür və əməllə nəticələnən tilavətə aiddir. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
مَن قَرَأَ سورَةَ الحَدِیدِ کُتِبَ مِنَ الَّذِینَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ
 
““Hədid“ surəsini oxuyanın adı Allaha və Peyğəmbərinə iman gətirənlərin zümrəsində qeyd olunar.” (“Məcməul-bəyan“,“Hədid“ surəsinin başlanğıcı.)
 
İmam Sadiq (ə) də buyurmuşdur:
 
مَن قَرَأَ المُسَبِّحاتِ کُلَّها قَبلَ أن یَنامَ لَم یَمُت حَتّى یُدرِکَ القائِمَ (علیه السلام) وَإن ماتَ کانَ فی جَوارِ رَسولُ اللّهِ (صلى الله علیه وآله)
 
“Hər kim “Musəbbihat“ surələrini (“Səbbəhə lilləh” və “Yusəbbihu lilləh” ibarələri ilə başlayan beş surəni) oxusa, Qaimi (Həzrət Məhdini) (ə) görməyincə vəfat etməz. Əgər onu görmədən vəfat edərsə, (axirət aləmində) Rəsuləllah (s) ilə qonşu olar.” (“Kafi“,c.2, səh.620, hədis 3; “Təfsiri-nümunə“, c.23, səh.293-294.)
 
Rza Şükürlü (Maide.az)
 

Google+ WhatsApp ok.ru