Quran təhrif olunmayıb

Quran təhrif olunmayıb

Sonuncu Peyğəmbərin (s) əbədi möcüzəsini, əzəli və əbədi həqiqətlər dolu geniş süfrəni, yaradılışın ən böyük əmanətini, yəni Quranı (böyük bir məsuliyyət olaraq) öhdəsinə götürmək ləyaqətini verdiyi üçün uca Tanrıya minnətdaram. Həqiqətən, insan kəraməti, onun mütləq kəramət sahibi tərəfindən nazil olması ilə reallaşmışdır. Bu sonsuz ümman öz alçaq-hündür dalğalarında ən böyük hidayət sirlərini və ən doğru səadət yollarını gizləmişdir. Bu, daim bəşər yoluna işıq saçan hidayət çırağıdır. Bu, əbədi nur, bütün hallarda rəhbər və hər an zikrdir. Bu, elə bir kitabdır ki, Allah onun əbədi qorunacağını vəd etmişdir və o, öz vədinə daim vəfadardır.

Google+ WhatsApp