QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ - 2

QURAN və GİGİYENA 
Quranda bir çox məsələlərə toxunulmuşdur ki, gigiyenik baxımdan böyük əhəmiyyət daşıyır. Başqa sözlə desək, Quranda qeyd olunan bir çox dini hökmlər tibb və gigiyena baxımından çox faydalıdır.

Zaman keçdikcə, təbabət inkişaf etdikcə, bu sirlər daha da aydınlaşır. Quranın önə çəkdiyi bu məsələlər İslamın erkən çağlarında adi ağılla, günün təbabəti ilə düşünülə bilmirdi. Bu Quranın elmi ecazkarlığı deməkdir. 
Aşağıda qısa da olsa bəzi ayə və hökmləri, onların tibbi faydalarını diqqətinizə çatdırırıq.

QİDALANMA GİGİYENASI
1. TƏMİZ ƏRZAQ MƏHSULLARI “طیب” [TƏYYİB]
Quranda oxuyuruq:

1. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ
“Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!”  (“Bəqərə” surəsi, ayə: 172. “Bəqərə”, 75; “Maidə”, 4-5; “Əraf”, 157-160 və “Muminin”, 51 ayələri də həmin məzmundadır.)

2. يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً
“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin.” (“Bəqərə” surəsi, ayə: 168. “Maidə”, 8; “Ənfal”, 69; “Nəhl”, 114 ayələri də həmin məzmundadır.)

3. (Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur? (“Əraf” ” surəsi, ayə: 32. “Maidə”, 87 də eyni məzmundadır.)"

QURANIN TƏKLİF ETDİYİ YEMƏK REJİMİ
Quranda bir sıra ayələr insana necə deyərlər, özünəməxsus yemək rejimi (yemək pəhrizi) təklif edir. Bu Quran ayələrində bir neçə mərhələdə əks olunmuşdur.

Birinci: Təmiz (ürəyəyatan) yeməklər (ərzaq məhsulları) yeyin.
İkinci: Təmiz və halal yeməklər yeyin. 
Üçüncü: Təmiz yeməkləri özünüzə haram etməyin (təmiz yeməkləri özlərinə haram edənləri bu işdən çəkindirin).
Dördüncü: Təmiz (ürəyəyatan) ərzaq məhsullarını tanıtdırır (ət, süd, bal və s.) 
Beşinci: İyrənc (ikrah doğuran) qida məhsullarının insan üçün haram olduğunu bildirir. (“Əraf” surəsi, ayə: 157)
Altıncı: İyrənc (ikrah doğuran) ərzaq məhsullarının (qan, leş və s.) adını çəkir və haram olduğunu bildirir.
İnsan təbii olaraq bir çox ərzaq məhsullarını xoşlayır. İslam dini insanın fitrətinə uyğun olduğu üçün bizə təmiz (ürəyəyatan, ürəkoxşayan) yeməklərlə qidalanmağı əmr edir. Lakin bəzi cərəyanlar doğru yoldan sapındıqlarına görə bəzi təmiz (ürəyəyatan) qida məhsullarını yeməyə qadağa qoymuşlar. (Budizim qəti olaraq öz tərəfdarlarına ət yeməyi qadağan etmişdir. Hindlilər (hindu) inəyi müqəddəs hesab etdiklərindən onun ətini yemirlər. Digər məzhəblər də mövcuddur ki, öz tərəfdarlarına ümumilikdə heyvan ətini və heyvandan alınan digər məmulatların (yumurta, süd, pendir və s.) yeyilməsini ildə 40 və ya 90 gün qadağan edir (Doktor Əbd əl-Həmid, “Quranda təbabət”, səh.163))

HÖKMLƏR
İslamda insanın qidalanması ilə bağlı bir neçə başlıca hökm mövcuddur.
1. Qida pak olmalıdır (yəni murdar olmamalıdır).
2. Qida təmiz olmalıdır (yəni iyrənc, ikrah doğuran olmamalıdır).
3. Yemək halal olmalıdır (yəni haram olmamalıdır).
4. İki növ qida haramdır:
Birinci: Quranda və ya əhli-beytdən (ə) gələn rəvayətlərdə haram olduğu bildirilən qida məhsulları (qan və s.).
İkinci: Şəriətdə göstərilən yollarla əldə olunmayan qida məhsulları (sahibi olmadığımız və ya istifadə iznimiz olmadığı qida məhsulları).

ELMİ SİRLƏR
Murdar ərzaq məhsullarının haram edilməsinin səbəbləri haqqında ətraflı söhbət açacağıq (qan, leş və s.). Digər qadağalar haqqında elm adamlarının söyləmlərinə nəzər salaq:
Quran bir tərəfdən insanı ziyanlı və iyrənc ərzaq məhsullarını yeməkdən çəkindirir, digər tərəfdən isə pak və faydalı qidalarla qidalanmağı tövsiyə edir. İslam insanın psixi dincliyini, ictimai saflığını da unutmur və “halal” prinsipinin önə çəkir. Çünki insan öz alın təri ilə, halal zəhməti ilə qidalanarkən xüsusi zövq alır və böyük xoşbəxtlik hissi keçirir. (“Quranda təbabət”, səh.163)

YEKUN
Burada bir neçə məqama diqqət yetirmək zəruridir:

1. Quranın təmiz və halal qida məhsulları haqqındakı tövsiyələri insanın cisim və ruhunda gigiyenik iz buraxmışdır. Bu, Quranın bəşəriyyətə ən böyük xidmətidir.

2. Təmiz və pak qida məhsullarına meyl insanın təbiətindən qaynaqlandığı üçün İslamın bu növ hökmləri “bələdçilik” xarakteri daşıyır. Belə olan halda bunu elmi möcüzə hesab etmək olmaz. Əlbəttə, qida məhsullarının halal olması ilə bağlı bəzi məsələlər var ki, ilahi bələdçilik olmadan insan ağılı onları mənimsəyə bilməz.

3. Qida məhsullarının “təmiz” və ya “halal” olması ilə bağlı söylənilənlər məlum hökmlərin səbəblərinin yalnız kiçik bir hissəsini aydınlaşdırır. Çox güman ki, bu göstərişlərin arxasında digər səbəblər də dayanır.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı

Ardı var ... /

 

 

Google+ WhatsApp ok.ru