`Quran və Azərbaycan Ədəbiyyatı` adlı kitab çap olunub

`Quran və Azərbaycan Ədəbiyyatı` adlı kitab çap olunub

Bakıda "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" adlı kitab nəşr edilib.

Maide.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası üzvü Mahirə Quliyeva tərəfindən yazılan "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" adlı kitab İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə çap olunub.
 
Müəllif, bu kitabın bəzi hissələrində klassik Azərbaycan ədəbiyyatında Qurani-Kərimin bəlağət xüsusiyyətlərini dəyərləndirməkdədir. Bu kitab həmçinin Nizami Gəncəvi, Füzuli və Nəsimi kimi bəzi şairlərin şeirlərindəki Quranı-Kərimin təsirini açıqlayır.
 
Verilən məlumata görə, "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" kitabı İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə çap olunub və 304 səhifədir. (iqna) /
 

Google+ WhatsApp ok.ru