`Quran və sağlamlıq araşdırmaları` mövzusunda üç yeni aplikasiya istehsal edilib

`Quran və sağlamlıq araşdırmaları` mövzusunda üç yeni aplikasiya istehsal edilib

 İranın Səhiyyə Nazirliyinin dəstəyi ilə Quran və sağlamlıq araşdırmaları" sahəsində üç yeni mobil aplikasiyanın təqdimat mərasimi keçiriləcək.
 
"Şiə və sünni təfsirlərində sağlamlıq", "Quran və sağlamlıq ensiklopediyası" və "Quran və sağlamlıq mövzusunda tematik ensiklopediya" mobil tətbiqlərinin təqdimat mərasimi 2020-ci ilin Noyabr ayının 14-də keçiriləcək.
 
Səhiyyə və sağlamlıq sistemində Quran tədqiqatı və ali təhsilin inkişafı üçün strateji sənədə əsasən hazırlanmış bu mobil tətbiqlər İran İslam Respublikasının Quran Mədəniyyətinin İnkişafı Şurasının təşəbbüsü və Səhiyyə Nazirliyinin həmkarlığı və dəstəyi ilə istehsal edilmişdir.
 
Mobil tətbiqlərin istehsal edilməsində İranın dini elmlər, Quran və dini araşdırmalar və tibbi elmlər üzrə mütəxəssisləri iştirak ediblər.
 
Quran və sağlamlıq mobil tətbiqləri öncədən bu mövzuda yazılmış çox saylı elmi məqalələr və qaynaq kitabların elektronlaşması hədəfi ilə və həmin materiallardan istifadə edilərək 3 il müddətində hazırlanıb.  
 
 

Google+ WhatsApp ok.ru