Quraqlıq Afrikada ərzaq böhranına səbəb olur

Şərqi və Cənubi Afrikada son dövrlərdə təsirli olan El-Nino quraqlığı fəsadlar yaradıb

Yunisef Afrikanın Şərq və Cənub regionlarında təxminən bir milyon uşağın quraqlıq üzündən "ciddi qeyri-kafi qidalanma" təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.
 
Maide.az xəbər verir ki, Yunisef-in regionda ərzaq böhranı ilə bağlı yaydığı hesabatlarda, ölkədəki ərzaq böhranı ilə bağlı ciddi narahatlıqların olduğu qeyd edilir. Rəsmiləri bölgədə ciddi ərzaq böhranının yaşandığını, insanların az bir ərzaq qarşılığında əşyalarını satmaq məcburiyyətində qaldığını bildirir. Digər tərəfdən, rəsmi şəxslər, minlərlə uşağın maye və qidalanma çatışmazlığı üzündən ciddi xəstəliklərlə qarşı-qarşıya olduqlarını vurğulayır.
 
Yunisefin Afrika rəhbəri Leila Gharagozloo-Pakkala El Nino quraqlığın uşaqlara uzun illər hiss ediləcək ziyanı olacağını deyib. Gharagozloo-Pakkala, "Hökumətlər quraqlığın qarşısını almaqda gücsüzdür. Uşaqların sağ qalması mövcud yardımlara bağlıdır",-  deyib.
 
Digər tərəfdən, Yunisef Efiopiya üçün 87 milyon dollar, Anqola üçün 26 milyon dollar və Somali üçün 15 milyon dollar yardım etməyə çağırıb.
 
Qeyd edək ki, bugünlərdə Amerika Kosmos və Aviasiya İdarəsinin (NASA) rəsmiləri 2016-cı ildə El-Ninonun təsirinin, qlobal temperaturun rekord səviyyəyə çatdığı 1997-1998-ci illərdəki El-Nino qədər şiddətli ola biləcəyi xəbərdarlığını etmişdi.
 
Quraqlıq Afrikalıların ən böyük dolanışıq mənbəyi olan kənd təsərrüfatına böyük zərər verdiyi üçün ehtiyac sahiblərinə yardım aparılmasını da çətinləşdirir.
 
Afrikanın təxminən 100 milyon əhalisilə ikinci ən böyük ölkəsi Efiopiyada son 50 ilin ən pis quraqlığından 10 milyon adam zərər çəkib.

Google+ WhatsApp ok.ru