Quraqlıqdan zərər görən sahələr açıqlandı

Quraqlıq çayçılığa, tərəvəzçiliyə, taxılçılığa zərər vurub.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Media forum saytına açıqlamasında deyib.

Onun bildirdiyinə görə, bu yay hava şəraiti kənd təsərrüfatı üçün uğurlu olmayıb:

«Əlverişsiz hava şəraiti müxtəlif sahələrə, xüsusilə də çayçılığa, tərəvəzçiliyə, taxılçılığa ciddi təsir göstərib».

Müstəqil ekspertlər hesab edirlər ki, bu yayın isti keçməsi, quraqlıq olması ucbatından taxıl istehsalı 25 faiz azalıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov mətbuata bildirib ki, taxıl istehsalında təxminən 600-700 min ton azalma var və ölkə taxıl ehtiyacını öz məhsulu hesabına ödəyə bilməyəcək. /

Google+ WhatsApp ok.ru