Quraqlıq olacaq

«Bu il ölkə ərazisində quraqlıq gözlənilir. Xüsusən Kür-Araz ovalığında quraqlıq olacaq. Bu da yağıntıların azalması və temperaturun artması nəticəsində baş verir».
 
Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan doktor Məhərrəm Həsənov APA-ya belə deyib. O bildirib ki, ölkədə çaylarda suyun səviyyəsinin artıb-azalması ilə bağlı dəqiq məlumat vermək, hələ ki, mümkün deyil.
 
«Çünki bunu atmosfer yağıntıları ilə bağlamaq bir az tezdir»- deyən M.Həsənov son illər Azərbaycanda küləyin sürəti və yağıntıların miqdarında azalma tendensiyasının müşahidə edildiyini söyləyib.

Google+ WhatsApp ok.ru