Qurban bayramı və Fitr bayramı Ukraynada dövlət bayramları ola bilər

Qurban bayramı və Fitr bayramı Ukraynada dövlət bayramları ola bilər

İslam dininin bayramları Ukraynada dövlət bayramları ola bilər.

 
Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, prezident Vladimir Zelenski sərəncamı imzalasa, bütün ölkə Qurban bayramı və Fitr bayramını qeyd edəcək. Zelenski bunu Krım tatar xalqının nümayəndələri ilə görüşü vaxtı deyib.
 
Bundan əlavə, Ukrayna prezidenti Krım tatarlarının problemlərini həll etmək üçün Prezident Adminstrasiyasında işçi qrupunun yaradılması və Kiyevdə Krım tatarlarının özləri tərəfindən inşa olunacaq böyük bir məscidin inşa olunacağını bildirib.  
 
“Hamının özünü Ukrayna vətəndaşı hiss etdiyi bir dövlət qurmaq istəyirik”, - deyən Zelenski, belə davam edib: “Sizi təkcə sözlə deyil, həm də hərəkətlə, qanunvericilik səviyyəsində dəstəkləmək istəyirik”.  
 

Google+ WhatsApp ok.ru