Qurbanlıq əti necə bölüşdürmək lazımdır?

Qurbanlıq əti necə bölüşdürmək lazımdır?

Qurbanlıq əti üç hissəyə bölüb, onun sahibi birini özü və ailəsi üçün götürə bilər və yerdə qalan iki hissədən birini öz qonşularına, digər hissəsini isə ehtiyacı olanlara  paylamalıdır.
 
Hədislərdən məlum olur ki, imam Zeynəlabidin (ə) və imam Baqir (ə) qurbanlıq əti məhz bu şəkildə bölüşdürürmüşlər. (“Biharul-ənvar”, Əllamə Məclisi, 99-cu cild, səh.296, 16-cı hədis).
 
Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara, yaxud yaxın adamlarına paylaya bilər. Peyğəmbəri-Əkrəm (s) “Vida həcci” zamanı kəsdiyi dəvələrin ətini bütünlüklə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi.
 
Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?
 
Qurban niyyətilə, yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, göz hədəqəsi.
 
Qurbanlıq heyvanın da yuxarıda adıçəkilən bədən üzvlərini yemək haramdır.
 
Maide.Az 
 

Google+ WhatsApp ok.ru