Qurban Məmmədov: Bu da çağırışlara laqeyd münasibətin nəticəsi

Son günlər bir-birinin ardınca bağlanan banklar başqa problemlər də yaratmağa başlayıb. Maide.az xəbər verir ki, bu barədə hüquqşünas Qurban Məmmədov yazıb: 
 
"İndi bir ana gəlmişdi ofisimizə. "NBCbank"a 180 000 (yüz səksən min) manat müddətli əmanət qoyubmuş. 07 dekabr 2015-ci ildə, 55 faizlik devalvasiyadan qabaq, dollara çevirmək məqsədilə pulunu geri almaq istəyib. Müxtəlif bəhanələrlə verməyiblər.
Devalvasiyadan sonra, zərərlə də olsa, yenə pulunu istəyib. Verməyiblər. 
Dollara çevirməyə razılaşıblar. Devalvasiyadan qabaq 171000 dollar olan əmanəti 116 000 min dollar olub. 55 000 dollar ziyan çəkib.
Bununla da bitməyib.
Maliyyə intizamının dərdin çəkən Mərkəzi Bank "NBCbank"ı ləğv edib.
Çox ağır xəstəlikdən əziyyət çəkən bu ana indi müalicəsi üçün zəruri olan pulunu da ala bilmir.
Bu da sizə analoqsuz inkişaf və.. vətəndaşlarımızın öz talelərinə, dövlətlərində baş verənlərə, müxalifətin tədbirlərinə və çağırışlarına laqeyd münasibətinin nəticəsi.
"Gəminin dibini deşənləri seyr eləyənlər özləri də qərq olacaqlar", sevgili Peyğəmbərimiz (s.a.s) belə buyurub."

Google+ WhatsApp ok.ru