Qusarda 8 nəfər qidadan zəhərləndi

Qusarda 8 nəfər qidadan zəhərləndi

Qusar rayonunda qidadan zəhərlənmə faktı baş verib.
 
Maide.Az - ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb. 
 
2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Google+ WhatsApp ok.ru