Quş sürüsü toqquşduğu təyyarənin burun hissəsini zədələdi

Türkiyə Hava Yollarına aid İstanbul-Nevşehir səfərini həyata keçirən sərnişin təyyarəsinin eniş zamanı quş sürüsü ilə toqquşması nəticəsində təyyarədə zədə yaranıb.
 
Maide.az-ın məlumatına görə, "Boeing 738" tipli təyyarə, Nevşehir-Kapadokya aeroportunun eniş zolağına yaxınlaşarkən quş sürüsü ilə toqquşub. Təyyarənin quş sürüsünə dəyməsi nəticəsində təyyarənin burnunda və qanadında zədə yaranıb. Pilot quş sürüsünə baxmayaraq, təyyarəni problemsiz şəkildə eniş zolağına endirməyi bacarıb.
 
Nevşehir-Kappadokiya aeroportunun müdiri Mehmet Muslu təyyarənin bərpa işlərinin davam etdiyini bildirib.
 
Muslu Nevşehir-İstanbul səfərinin başqa bir təyyarə ilə həyata keçirildiyini deyib. 

Google+ WhatsApp ok.ru