Quterreşdən G7 liderlərinə SOS: Atmosfer məhv olur

Quterreşdən G7 liderlərinə SOS: Atmosfer məhv olur

Atmosferdə karbon qazının səviyyəsi ən yüksək həddə çatıb.
 
Maide.Az "axar.az"a istinadla xəbər verir ki, bunu BMT katibi Antonio Quterreş G7 sammitində çıxışı zamanı deyib. Baş katib atmosferdə belə həddə karbon qazının sonuncu dəfə 3-5 milyon il əvvəl meydana gəldiyini söyləyib. Quterreş 2019-cu ilin iyulunun tarixin ən isti ayı olduğunu bildirib. O, həmçinin, 2015-2019-cu illərin meteomüşahidə tarixinin ən isti dövrü ola biləcəyini deyib.
 
Qrenlandiyada buzların sürətlə əridiyini deyən Quterreş təkcə iyul ayında adada 179 milyard ton buzun əridiyini bildirib. O, Sibir, Alyaska, Kanada, Qrenlandiya və Amazoniyada olan meşə yanğınlarının atmosferə onlarla meqaton karbon qazının yayılmasına səbəb olduğunu vurğulayıb.
 
“Bütün baş verənlər fövqəladə iqlim vəziyyəti adlanmalıdır. İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Qrupun ekspertləri qeyd edirlər ki, biz gərək 2050-ci ilə qədər karbon qazının havaya buraxılmasını sıfıra endirək”, - Quterreş bildirib.
 

Google+ WhatsApp ok.ru