Qızdırma salan dərman qıtlığı?

Qızdırma salan dərman qıtlığı?

“Müsavat.com” saytında “Bakıda dərman qıtlığı yaşanır, -Səbəb evdə müalicədir, yosxa “dəman mafiyası” sərlövhəli məqalədə paytaxtda dərman qıtlığı yaşanmasından bəhs edilir. 

Müəllifin deməsinə görə, qızdırmanı salan dərmanlar apteklərdə, ümumiyyətlə, tapılmır. 

Müəllif əlavə edir ki, əksər apteklərdə çoxlarının koronavirusun çarəsi kimi qəbul etdiyi “Arbidol” dərmanı ümumiyyətlə, yoxdur, bəzilərində isə “Parasetamol” satılmır. 

Konkret aptek adları sadalayan müəllif vurğulayır ki, apteklər bu dərmanların  depolarda olmadığı üçün gətirilmədiyini deyiblər, ən yaxş halda dərmanın biri varsa, digəri yoxdur. 

Apteklərdən isə deyiblər koronavirus simptomlarını hiss edən şəxslər əsasən “Parasetamol”dan istifadə edirlər. 

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm  deyir ki, hər iki dərman qıtlığı artıq xəstəxanalarda da yaşanır. 

Ə. Rüstəmovun sözlərinə görə, dərman qıtlığının yaranmasının iki səbəbi var: “Birincisi, “dərman mafiyası” tələbatı görərək bilərəkdən qıtlıq yarada bilər. 

İkinci bir səbəb isə ölkəyə beynəlxalq uçuşların həyata keçirilməməsi, xaricdən gətirilən malların azalmasıdır. Sadaladığımız dərman vasitələri əsasən Rusiya, Türkiyə və İrandan gətirilir”.

Google+ WhatsApp ok.ru