Qızıldan hazırlanmış dünyanın ən kiçik Quranı - Foto

İranda qızıl və gümüşdən dünyanın ən kiçik Quranı hazırlanıb. Maide.az-ın Afkarneys-a istinadən verdiyi məlumata görə, qızıldan hazırlanmış kiçik quran 22-ci Beynəlxalq Quran sərgisində sərgi iştirakçılarına təqdim olunub.

Bu miniatür ölçülü Quranı hazırlayan Rayin Əkbər Xanzadə bildirib ki, Quranın uzunluğu 16 eni 12 santimetrdir. Hazırda dünyada qızıl, gümüş və qiymətli daşlardan hazırlanan ən kiçik Qurandır. Quranın vərəqləri qızıldan, cildi isə gümüşdəndir. O həmçinin qeyd edib ki, kitabın hazırlanması 2500 saat vaxt alıb.

Bu Quran iki qızıl vərəqdən ibarətdir və yazılar əllə işlənib. Bu miniatür əsərin hazırlanması üçün 1 kiloqram qızıl və 2 kiloqramdan çox gümüş istifadə edilib.

Google+ WhatsApp ok.ru