Qızmar yay günəşi Bakıda can aldı

Qızmar yay günəşi Bakıda can aldı

-- 1971-ci il təvəllüdlü Rövşən Dadaşov ...

Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.
 
Maide.Az  "Report"a istinadla xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.
 
Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
 
Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru