`Qızımı vəhşicəsinə və qəsdən öldürdülər`

Sionist əsgərlərin açdığı atəş nəticəsində həyatını itirən fələstinli gənc qız minlərlə insanın iştirak etdiyi dəfn mərasimindən sonra dəfn edilib

Dünən səhər Əl-Xəlildə İsrail rejimi əsgərləri tərəfindən vurularaq ağır şəkildə yaralanan və axşam saatlarında öldüyü açıqlanan Həşlemun üçün keçirilən dəfn mərasimində minlərlə Fələstinli iştirak edib.
 
Maide.az xəbər verir ki, Həşləmunun Fələstin bayrağına bükülmüş nəşi ilk olaraq Əl-Xəlildəki Hüseyn məscidinə gətirilib. Burada qılınan cənazə namazından sonra fələstinli gənc qız Əl-Xəlildəki Şühəda qəbiristanlığında dəfn olunub.
 
Cənazə mərasimi boyunca əllərində Fələstin bayrağı daşıyan minlərlə insan, İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi cinayətləri pisləyən şüarlar səsləndirib.
 
İsrail rejimi ordusu fələstinli gənc qızın əsgərlərə bıçaqla hücum etdiyi iddia olunsa da, fələstinlilər bu iddianı qəti şəkildə təkzib etmiş və İsrail əsgərlərinin Həşləmunu çadranı çıxarmağı rədd etdiyi üçün soyuqqanlılıqla öldürdüyünü bildiriblər. Fələstinli aktivistlər internetdə yayımladıqları fotolarla da bu iddiaların yalan olduğu görünür.
 
Fələstinli gənc qızın atası Salah Əl-Həşləmun da dünən axşam verdiyi açıqlamada, "Qızımı vəhşicəsinə və qəsdən öldürdülər" - demişdi.

Google+ WhatsApp ok.ru