Qız Qalasından özünü atan aşpaz haqda ürəkağrıdan hekayə (TƏFƏRRÜAT, FOTO)

Oğul atasına oxşar deyiblər, amma övlad atasının faciəsini təkrarlayırsa, bu, həyatın təməlini sarsıdan hadisədir. Bu hadisə Bakının mərkəzində, kövrək adı olan qalada baş verirsə, faciə batmanla gələn dərdə dönür. 

Srağagün Qız Qalasından özünü ataraq öldürən şəxsin tək ölüm üçün seçdiyi məkan fərqli və qəribə deyil, həyatı da faciə ilə dolu olub.

 
Milli.az noyabrın 24-dən intihar səbəbi kimi, şəxsiyyətini müəyyən etmək də müşkülə çevrilmiş 31 yaşlı Yuri Prişayevlə bağlı təfərrüatlar əldə edib.

Dəhşətli faciə Yurinin ailəsində ilk deyil. Əslində həyat Yuriyə ilk dağı 11 yaşında olarkən çəkmişdi.

Onun atası da 20 il əvvəl özünü Qanlı Gölə ataraq öldürüb. Ondan 20 il sonra isə oğul özünü Qız Qalasından ataraq intihar edib.

Səbail Rayon Prokurorluğundan Milli.Az bildirildi ki, Y.Prişayevin anası izahatında oğlunun son günlər depressiyada olduğunu göstərib. Deyib ki, Yuri bir neçə gündür fikirli gəzirmiş. Hətta ölümündən bir neçə gün əvvəl işə də getmirmiş.

Hələlik intiharın əsl səbəbi məlum deyil, hazırda araşdırma aparılır.





Google+ WhatsApp ok.ru