Qüds günü ilə bağlı müsabiqə qalibləri mükafatlandırılıb

Qüds günü ilə bağlı müsabiqə qalibləri mükafatlandırılıb

-- məqalə müsabiqəsi

Qələm Yazarlar Birliyi (QYB) Beynəlxalq Qüds günü ilə bağlı elan olunan məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib.
 
Tədbirdə ölkənin tanınmış ilahiyyatçıları, ictimai-siyasi xadimləri və jurnalistlər iştirak edib.
 
"Hər gün Qüds günüdür" adlı tədbiri QYB sədri Qurban Cəbrayıl açaraq İslam dünyasının Qüds dərdindən danışıb.
 
Sonra AİP sədrinin müavini Akif Heydərli, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, təqdiqatçı politoloq Rövşən Novruzoğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ilahiyyatçı-alim Musrza Heydərov, AİP Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İB-nin sədri Növrəstə İbrahimova, "Fatimə" jurnalının redaktoru Kəklik Heydərzadə və başqaları çıxış edərək Qüds gününün elmi-fəlsəfi mahiyyəti,  bu günü anmanın siyasi dünyamızda yeri barədə danışaraq, Qarabağ, Suriya, Yəmən, Bəhreyn, Liviya və sair müsəlman ölkələrdə baş verənlərlə uzlaşdırdılar.
 
Tədbirin sonunda müsabiqədə yer tutan qələm sahibləri mükafatlandırıldı.
 
Qeyd edək ki, birinci yerə "Moderator" saytının əməkdaşı Sultan Laçın, ikinci yerə "Yeni Müsavat" qəzetinin əməkdaşı Kənan Rövşənoğlu, üçüncü yerə isə FaktXeber.ru saytının əməkdaşı Natavan Baxşıyeva layiq görüldü.
 
 
 
 

Google+ WhatsApp ok.ru