Qüds müftisi: “Azan səsini susdura bilməyəcəksiniz”

Qüds müftisi: “Azan səsini susdura bilməyəcəksiniz”

-- Bu işğalçı rejimin irqçi ayrı-seçkiliyini əks etdirir

Qüds və Fələstinin müftisi, Əl-Əqsa məscidinin imam-cüməsi və xətibi Şeyx Məhəmməd Hüseyn, səsucaldanlardan azan verilməsini tənzimləyən və azan qanunu kimi tanınan qanun layihəsini tənqid edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Şeyx Məhəmməd Hüseyn, məsələ ilə bağlı keçirdiyi mətbuat açıqlamasında, məscidlərin minarələrindən yüksələn “Allahu əkbər” sədasının ibadətlə bağlı imanın bir rəmzi olduğunu deyib.
 
Azanın işğalçı sionist rejiminin azğın düşüncəsi ilə iddia etdiyi kimi narahatlıq verici olmadığını bildirən Şeyx Məhəmməd Hüseyn, işğalçıların müsəlmanların ibadət azadlığına açıq-aşkar müdaxilə etdiyini bildirib.
 
Şeyx Məhəmməd Hüseyn azan qadağası işinin yenidən gündəmə gətirilməsinin və azanın səs-küy olaraq qəbul edilməsinin ekstremizmə xidmət etdiyini və işğalçı rejimin irqçi ayrı-seçkiliyini əks etdirdiyini bildirib.
 
İbadət azadlığına və müqəddəs məkanlara hücum çağırışlarının işğal rejiminin digər səmavi dinlərin mənsublarına qarşı pozuntularının davamı xüsusiyyətində olduğunu qeyd edən Şeyx Məhəmməd Hüseyn, Fələstin izinin yox edilməsi üçün məscidlərə və kilsələrə qarşı təxribatların fasiləsiz davam etdiyini ifadə edib.
 
Şeyx Məhəmməd Hüseyn UNESCO başda olmaqla beynəlxalq qurum və təşkilatlara müraciət edərək, məscidləri və İslam əsərlərini hədəfə alan pozuntuların qarşısının alınmasını tələb edib.
 

Google+ WhatsApp ok.ru