`Qüds məsələsi beynəlxalq səviyyədə ədalətlilərlə ədalətsizlərin ayrıldığı bir nöqtədir`

`Qüds məsələsi beynəlxalq səviyyədə ədalətlilərlə ədalətsizlərin ayrıldığı bir nöqtədir`

Ramazan ayının son cümə günü dünyanın əksər yerlərində, xüsusilə İslam dünyasında “Beynəlxalq Qüds Günü” kimi qeyd edilir.  

Bu münasibətlə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, ruhani Hacı Cəlal Şəfiyev Maide.Az-a bildirib ki, Beynəlxalq Qüds günü ixlaslı, bəsirətli, agah, təqvalı və ilahi alim İmam Xomeyni (r.ə) tərəfindən doğru zamanında, doğru verilmiş bir qərardır. “İmam Xomeyni (r.ə) tərəfindən bu günün Beynəlxalq Qüds günü kimi təyin olunmasına baxdıqda, görürük ki, bu, İmam Xomeyinin ixlasından, bəsirət və agahlığından xəbər verir. Çünki İmam Xomeyni (r.ə) İran İnqilabından 1 il sonra, yəni özlərinin kifayət qədər problemləri olduğu halda, belə bir qərar verdi. Bir qərar ki, beynəlxalq səviyyədə, Fələstin xalqına olunan zülm ortalıqda olduğu müddətdə təyinedici və həlledici bir xətt və cərgələrin ayrıldığı bir məsələdir. Başqa sözlə, Qüds məsələsi beynəlxalq səviyyədə ədalətlilərlə ədalətsizlərin ayrıldığı bir nöqtədir. Çünki Fələstin xalqına zülmü rəva görənlər və əlləri dirsəyə qədər Fələstin xalqının, uşaqlarının, gənclərinin, qocalarının, qadınlarının qanına bulanan qüdrətlərin zülmü davam etdikcə, onların ədalətdən danışmağa haqları çatmır. Onlar beynəlxalq səviyyədə nə qədər “ədalət” mövqeyindən çıxış etsələr də, Qüds və Fələstin məsələsi onların həqiqi kimliyini dünya ictimaiyyətinə tanıtdırır və onların üzündəki pərdəni aradan qaldırır.

Həm də, bunları dəstəkləyən qüdrətləri də dünya səviyyəsində iki xəttə bölür: 1. məzlumun yanında olanlar (ədalət tərəfdarları); 2. zalımın yanında olanlar. Bunu nəzərə alaraq, bu bəsirətli, ilahi və agah alimin (İmam Xomeyni) bütün ölkələri, müsəlmanları və azadlıqsevər insanları bu şüarlara əməl etməyə dəvət etdi. Bu gün hamı Qüds günü adı ilə Ramazan ayında əldə olunan mənəvi gücdən sonra, öz ixlasını nümayiş etdirməli, bu şüara sədaqətini göstərməlidir. İmam Xomeyni İslam dövlətlərini təkcə şüara yox, onu həyatda gerçəkləşdirməyə dəvət etdi, zalımın yox, məzlumun yanında olmağa səslədi!”

Google+ WhatsApp ok.ru