Qüds İntifadəsinin şəhidləri artır

Qüds İntifadəsinin şəhidləri artır

Qüds İsrail və Fələstin işləri üzrə araşdırma institutu Qüds İntifadəsinin (Qüds uğrunda gedən mübarizə hərəkatı) başlayandan bəri 333 fələstinlinin şəhid olduğunu bildirib.
 
Qüds İsrail və Fələstin işləri üzrə araşdırma institutu çərşənbə günü bu barədə açıqlama verib. Onlar bildirib ki, Cenin düşərgəsində daha iki fələstinlinin öldürülməsi ilə bu hərəkatın verdiyi şəhidlərin sayı  333-ə çatıb. Bundan əlavə bildirilib ki, yeni ilə başlayandan bəri 54 fələstinli şəhid olub ki, onun 52 qəzzalıdır. 
 
Çərşənbə günü şəhid olan iki fələstinlinin cənazə mərasimində çıxış edən İslami Cihad hərəkatının liderlərindən biri Bessam Es-Saadi bildirib ki, Qərb zolağı gizlin yanan bir atəş kimidir və bu hər an partlaya bilər. (islaminsesi) /

Google+ WhatsApp ok.ru