Qüdsdə İsrail hücumuna etiraz edən 24 dinc sakin həbs edilib 28 İyul 2018 01:00 Fələstin -- 2 fələstinli şəhid olub Qüdsdə İsrail hücumuna etiraz edən 24 dinc sakin həbs edilib. Maide.Az FİA- ya istinadla xəbər verir ki, həbs olunanların çoxu gənclərdir. Cümə namazından sonra dinc etiraz aksiyası keçirən Qüds sakinləri İsrail rejiminin qanunsuz əməllərini pisləyiblər. Rejim polisi isə məscidə hücum edərək etirazçılara qarşı güc tətbiq edib. Rezin güllələr və gözyaşardıcı qazdan istifadə edən rejim polisi onlarla fələstinlini yaralayıb. Müqavimət göstərən 24 nəfər həbs edilərək naməlum istiqamətə aparılıb. İşğalçı rejim Qəzzanın işğal olunmuş torpaqlarla sərhəddə keçirdiyi "Uşaqlarımız şəhid" adı ilə keçiridyi Böyük Qayıdış Yüşünə də hücum edib. Biri uşaq olmaqla 2 nəfər şəhid olub, 10 nəfər yaralanıb. Qeyd edək ki, Fələstində artıq 4-cü aydır ki, etiraz aksiyaları davam edir. Bu müddət ərzində 154 fələstinli sionistlər tərəfindən öldürülüb və 9 mindən çox fələstinli yaralanıb. Teqlər : #Qüdsdə İsrail hücumuna etiraz edən 24 dinc sakin həbs edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejim hərbiçiləri Əqsa məscidinə hücum etdi-VİDEO İsrail qüvvələri 290-dan çox fələstinli uşağı həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar