Qüdsün işğalçı İsrail rejimi tərəfindən mühasirəsinə dünyanın müxtəlif ölkələrində müsəlmanlar etiraz edir

Qüdsün işğalçı İsrail rejimi tərəfindən mühasirəsinə dünyanın müxtəlif ölkələrində müsəlmanlar etiraz edir

 
Bu gün Malaysia, İordaniya,  Türkiyə, Yəmən, Qəzza və digər bir neçə  müsəlman ölkələrində  sionist rejimin Qüdsdə fələstinlilərə qarşı tətbiq etdiyi məhdudiyyətlər və Əqsa məscidinin qapısının bağlanmasına etiraz əlaməti olaraq aksiyalar keçirib. 
 
Maide.Az xəbər verir ki,  bu gün Malaysiyanın bir çox şəhərlərində  cümə namazından sonra insanlar  Fələstinə dəstək aksiyası keçirib.  
 
Həmçinin İordaniyanın  paytaxtı Ammanda cümə namazından sonra  müsəlmanlar küçələrə axışıb və Fələstinlilərə dəstək mitinqi keçirilib. 
 
Türkiyənin İstanbul şəhərindədə  minlərlə insan bu günü “Qəzəb günü” elan edərək cümə namazından sonra  etiraz aksiyası keçirib və  Əqsa məscidinə qarşı hörmətsizliyi dayandırılmasını tələb ediblər. 
 
Eləcədə Əqsa məscidi ətrafında baş verənlərlə bağlı bu gün Səudiyyə rejiminin bombardmanı altında olmalarına baxmayaraq Yəmənin bir çox şəhərlərindəki cümə namazlarında fələstinlilərə dəstək şüarları səsləndiririb. Əqsa məscidi ətrafında baş verənləri pisləyiblər. 
 
Fəth hərəkatı da bu gün Qəzzada  etiraz aksiyası keçirərək  sionist rejimin Qüdsdə və Əqsa törətdiyi cinayətləri pisləyib və Əqsanın açılmasını tələb ediblər. 
 
Dünyanın müxtəlif ölkələrindən müsəlmanlar sosial şəbəkələrdə #StandUpForQuds hastaqı altında yazılar paylaşır və öz etirazlarını bildirir
 
 

Google+ WhatsApp ok.ru