QİÇS-ə qarşı müalicə ölüm hallarını yarıyadək azalıb

QİÇS-ə qarşı müalicə ölüm hallarını yarıyadək azalıb

QİÇS ilə bağlı ölüm hallarının sayı son onillik ərzində yarıya enib, rəsmi rəqəmlər göstərir.
 
İİV-in (HIV) yaratdığı xəstəlik dünya miqyasında insan ölümlərinə səbəb olan amillər siyahısının ilk onluğuna daxildir.
 
Birləşmiş Millətlər Təşkilatının birgə İİV /QİÇS proqramının (UNAids) hesabatında qeyd olunub ki, ölümlərin sayı 2005-ci ildəki 1,9 milyon pik göstəricisindən keçən il 1 milyona düşüb.
 
Hesabatda "vəziyyətin dəyişdiyi" qeyd olunub, deyilib ki, insanların yarısından çoxu ilk dəfə dərman müalicəsi almağa başlayıb.
 
İİV infeksiyası müalicəolunmazdır - gündəlik antiretrovirus terapiyası dozaları ilə onu yalnız məhdudlaşdırmaq, güclənməyə qoymamaq mümükündür.
 
Qarşısı alınmadıqda isə, İİV immun sistemini dağıdır edir, və beləliklə QİÇS xəstəliyinə yol açmış olur.
İmmunitetin zəifləməsi dövründə insanlar digər infeksiyalardan, misal üçün vərəmdən, ölməsi tendensiyası özünü göstərir.
 
Dünyada 36,7 milyon insan İİV ilə yaşayır və onlardan 53% -i terapiya kursu keçir ki, bu da onlara normal həyat müddətinə yaxın bir ömür yaşamağı təmin edir.
"Biz 2015-ci ildə 15 milyon insanın müalicə alması hədəfinə çata bildik və bu rəqəmi 30 milyona çatdırmaq, 2020-ci il üçün müəyyən edilmiş hədəfə çatmaq istiqamətində irəliləyirik, - UNAids-in icraçı direktoru Michel Sidibe deyib.- Biz ehtiyacı olan hər kəsi təmin etmək və heç kimin müalicəsiz qalmaması üçün hasilatı artırmaqda davam edəcəyik".
UNAids-in bildirdiyinə görə, bu sahədə şərqi və cənubi Afrika irəlidə gedir, belə ki, 2010-cu ildən bəri İİV infeksiyasına yoluxma halları bu bölgədə təxminən 30% azalıb.
 
Ötən onillikdə ömür uzunluğu da 10 il artıb.
 
Agentlik, 90-90-90 adı almış bir sıra öhdəliklər üzərinə də götürüb.
 
Belə ki, 2020-ci ilədək İİV-ə yoluxanların azı 90 faizinə diaqnoz qoyulmalı və onlar öz diaqnozlarından xəbərdar olmalı, həmin insanların azı 90 faizinə terapiya kursu təyin olunmalı və
müalicədən keçən xəstələrin azı 90 faizində infeksiyanın güclənməsinin qarşısı alınmalıdır.
 
2016-cı ildə nail olunmuş rəqəmlər müvafiq olaraq 70%, 77% və 82% idi.
 
Cənab Sidibe əlavə etdi: "QİÇS vurulub geriyə atılanda icmalar və ailələrin yaşam keyfiyyəti də artır."
 
Bununla belə, agentlik qeyd edib ki, Şimali Afrika, Yaxın Şərq, Asiya və Şərqi Avropada qeyri-adekvat müalicə nəticəsində ölüm hallarının sayı kəskin sürətdə artıb.(bbc)
 

Google+ WhatsApp ok.ru