QİÇS-ə yoluxma halları Avropada ilk dəfə olaraq iki milyonu keçib

QİÇS-ə yoluxma halları Avropada ilk dəfə olaraq iki milyonu keçib

Ümumdünya Səhiyyə Təşkilatının üzv dövlətləri 1988-ci ildə Ümumdünya QİÇS Gününü təsis ediblər.
 
Maide.Az xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyindən SalamNews-a verilən məlumata görə, Ümumdünya QİÇS Günü İİV/QİÇS haqqında məlumatlılığı artırmaq və pandemiya qarşısında beynəlxalq həmrəyliyi göstərmək üçün hər il dekabrın 1-i qeyd olunur. Bu gün dünyada pandemiya vəziyyəti haqqında məlumat yaymaq və İİV/QİÇS-in qarşısının alınması, müalicəsi və qayğısında irəliləyişi cəsarətləndirmək üçün dövlət və tərəfdaşlar üçün bir fürsətdir.
 
İlk dəfə olaraq, ÜST Avropa regionunda QİÇS-ə yoluxma hallarının məcmu sayının 2 milyonu keçdiyini açıqlayıb. 2015-ci ildə 153 000-dən çox yeni QİÇS halı bu qeydə alınıb. Bu əvvəlki ilə nəzərən 7% artım deməkdir və bu 1980-ci illərdə bəri ən yüksək illik göstəricidir.
 
Bunlar ÜST-ün Avropa Regional İdarəsi və Avropa Xəstəliklərin Qarşısıalınma və Nəzarət Mərkəzi (AXQNM) tərəfindan birgə nəşr olunan “Avropa 2015-də İİV/QİÇS Nəzarəti” adlı yeni hesabatda əks olunub.
 
“Ciddi səylərə baxmayaraq, İİV Avropa regionunda, əsasən də şərq qitənin hissəsində ən çox ictimai narahatlıq doğuran məsələlərdən biridir. "2015-ci ildə o vaxtadək qeydə alınmış 2 milyonluq göstərici daha da artıb və son bir ildə bu xəstəliyə yoluxma üzrə ən yüksək artım qeydə alınıb", - deyə təşkilatın Avropa Regional müdiri Suzanna Cakab deyib.
 
“Bu kritik vəziyyəti həll etmək üçün 2016-ci ilin sentyabrında bütün Avropa ölkələrinin təsdiq etdiyi yeni fəaliyyət planı həyata keçirmişik. İndi isə biz ölkə liderlərini bu planı icra etməklə QİÇS epidemiyasını aradan qaldırmaq və 2030-cu ilədək bu xəstəliyə son qoymaq üçün İİV-ə qarşı regionda təcili, sürətləndirilmiş və innovativ addım atmağa çağırırıq", - deyə o qeyd edib.
 
İİV epidemiyasının nümunələri və istiqamətləri regionda müxtəlifliyi ilə seçilir.
 
Yeni İİV hallarında illik artım aşağıdakı coğrafi bölgü üzrə göstərilib:
 
27 022 yeni İİV-ə yoluxma halı Qərbi Avropa ölkələrində qeydə alınıb (18%). Son 10 ildə heç bir ciddi eniş qeydə alınmayıb.
5 297 yeni İİV halı Mərkəzi Avropa ölkələrində qeydə alınıb (3%). Bu 10 il əvvəl ilə müqayisədə əhəmiyyətli bir artım olsa da, epidemiya intensivliyinin həcmi aşağı səviyyədə olaraq qalır.
121 088 yeni İİV halları Şərqi Avropada qeydə alınıb (79%). Bu son 10 ildə iki qat artım deməkdir. Bu ərazidə QİÇS hallarının sayı 10 ildə 80%-ə dək qalxıb.
İİV-ə qarşı yeni fəaliyyət planı əvvəlki illərin nailiyyətləri üzərində qurulub və ictimai səhiyyənin QİÇS/İİV-ə cavab tədbirlərini yenidən formalaşdırır. Bu plan 2020-ci ilə kimi 3 əsas hədəfinə nail olmaq üçün ölkələrə konkret tədbirlər müəyyən edib. "90-90-90" adlandırılan plana əsasən İİV-lə yaşayan insanların 90%-i statusunu bilməlidir, İİV diaqnozu qoyulan insanların 90%-i müalicə almalı və müalicə alan insanların 90%-i virusun zəiflədilməsinə nail olmalıdır. Bu məqsədlərə nail olmaq üçün hər bir ölkə yerli epidemiya vəziyyəti, resursları və potensialına uyğunlaşdırılan profilaktik test, müalicə və qayğı müdaxilələrinin vacib paketini müəyyən etməli və həyata keçirməlidir.
 
Dünya QİÇS Günü ilə əlaqədar Azərbaycandakı ÜST Ofisi mətbuat konfransı, maarifləndirmə kampaniyası və könüllü İİV testi təşkili kimi bir sıra fəaliyyətlər həyata keçirərək Milli QİÇS Mərkəzinə dəstək verib.

Google+ WhatsApp ok.ru