Qırğızıstan paytaxtı Bişkekdə İmam Hüseynə (ə) əzadarlıq - FOTO

Bütün dünyada olduğu kimi, Qırğızıstanda da bu ölkənin Əhli-Beyt (ə) tərəfdarları müqəddəs Məhərrəm ayını Şəhidlər Şahı İmam Hüseynə (ə) əzadarlıqlarla qarşılayırlar.  
Maide.az xəbər verir ki, İmam Hüseyn (ə) əzadarlığı mərasimləri Qırğızıstanın paytaxtı Bişkekdə Məhərrəmlik ayının ilk günündən İmam Əli (ə) məscidində hər gün şam və işa namazından sonra təşkil olunur.  
Namazdan sonra  İmam Əli (ə)  məscidinin imam camaatı Hacı İlqar  İmam Hüseyn (ə) və onun şücaətli silahdaşlarının Kərbəladakı şücaətlərindən danışır. Aşura və onun dərsləri və ibrətləri haqda söz açır. Məclisdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə  bu ölkədə yaşayan digər ölkələrdən olan şiələr o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak edirlər. Əzadarlıq məclisində Azərbaycan, Fars  və Əfqan dillərində rövzə və mərsiyyələr oxunur. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru