Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib

-- 6 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib.
 
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.
 
VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar. Elektrik enerji kəsildiyindən onlar generatordan istifadə etmək qərarına gəliblər, nəticədə idman zalına dəm qazı dolub.
 
Qırğızıstan Səhiyyə Nazirliyindən bildiriblər ki, 6 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir. Onlar hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Bildirilir ki, xəstəxanaya gətirilən 75 nəfərdən dördü müəllimdir.
 

Google+ WhatsApp ok.ru