Qırğızıstanda keçirilən prezident seçkisinin ilkin nəticələri açıqlanıb

Qırğızıstanda keçirilən prezident seçkisinin ilkin nəticələri açıqlanıb

Jeenbekov Qırğızıstanda seçkini udur

Qırğızıstanda oktyabrın 15-də keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, Sooronbai Jeenbekov səslərin 54 faizini toplayıb. O, indiki prezident Almazbek Atambaev-in siyasi müttəfiqidir.
 
Maide.Az xəbər verir ki, Görünür, seçkinin ikinci raunduna ehtiyac qalmayacaq.
 
Mərkəzi Seçki Komissiyası bildirir ki, bülletenlərin 97 faizi sayılıb. Jeenbekov-un əsas rəqibi olan Omurbek Babanov 34 faizdən azacıq az səs toplayıb.
 
Seçicilərin 50 faizinin səsvermədə iştirak etdiyi bildirilir.
 
Ümumilikdə, seçkiyə 11 namizəd getmişdi. Əsas üç namizəd olan Babanov, Jeenbekovvə Temir Sariev Atambaev-in dövründə baş nazir olublar.
İlkin nəticələr açıqlanandan az sonra çıxış edən Jeenbekov deyib ki, əsas işi ölkədə əldə olunan uğurları qoruyub saxlamaq, möhkəmləndirmək olacaq.
 
 

Google+ WhatsApp ok.ru