Qızıl mədənində atışma

Qızıl mədənində atışma

-- Ölən və yaralananlar var

Sudanda Nil çayının sahillərində yerləşən Vadi əs-Senkır bölgəsində qızıl mədənində atışma olub.
 
Maide.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, rus şirkətinə məxsus mədənin fəaliyyətinə etiraz edən vətəndaşlarla mədən işçiləri arasında mübahisə düşüb.
 
Vətəndaşlara atəş açılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
 
Sudan rəsmiləri atışmanın rus şirkətinə mədən qazma icazəsi verilməsinə görə çıxdığını açıqlayıblar. Belə ki, 150 nəfərlik qrup bu qərara etiraz edərək qazıntıların dayandırılmasını tələb ediblər.
 

Google+ WhatsApp ok.ru