Qərib dənizində zəlzələ 9 ölkəni silkələdi

Qərib dənizində zəlzələ 9 ölkəni silkələdi

-- Hondurasda 12 saatlıq sunami təhlükəsi elan edilib

Qərib dənizində çatlar üzərində 7,6 bal gücündə zəlzələ baş verib.
 
 
Amerikanın geoloji Araşdırma Mərkəzi (USGS) bu barədə xəbər verib. Bildirilir ki, 10 km dərinlikdə baş verən sarsıntı demək olar  Qərib dənizinin bütün sahilinə təsir edib.
 
USGS bildirir ki, Honduras və Kayman  adaları arasında meydana gələn böyük zəlzələ  Meksika, Nikaraqua, Qvatemala, Salvador, Beliz, Kuba, Yamayka kimi ölkələrdə də hiss edilib.
 
Hondurasda 12 saatlıq sunami  təhlükəsi elan edilib.
 
Qeyd edək ki, regionda sonuncu dəfə dağıdıcı zəlzələ  ötən il Meksikada baş vermişdi. Sentyabr ayında bütün ölkəni sarsıdan  təkanlarda 200-dən artıq insan həlak olmuşdu. (FaktXeber)

Google+ WhatsApp ok.ru