Qətərə görə Somaliyə də təzyiqlər başladı

Qətərə görə Somaliyə də təzyiqlər başladı

-- daxili çəkişmələri gücləndirmək üçün muxtar bölgələrə silah göndərilir

Somali və Birləşmiş Ərəb Əmirliklərin arasında münasibətlər böhrana doğru sürüklənməkdədir.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, uzun illərdir iki ölkə arasında müxtəlif sahələrdə davam edən əməkdaşlıq Körfəz böhranından sonra gərginləşməyə başlayıb.
 
Belə ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Qətərə qarşı tətbiq etdikləri sanksiyalarda tərəfsiz mövqe tutduğuna görə Somaliyə əvvəlki münasibət də dəyişib.
 
Məlumata görə, hökumətin tərəfsiz mövqeyini dəyişmək üçün Somali daxilində muxtar bölgələrin rəhbərlərinə qarşı BƏƏ tərəfindən təzyiqlər göstərilməyə başlanılıb.
 
İddia edilir ki, hazırda daxili çəkişmələri gücləndirmək üçün muxtar bölgələrə silah göndərilir.

Google+ WhatsApp ok.ru