Qəzza bölgəsində 20 min insanın evi hələ də istifadəyə yararsız haldadır

Qəzza bölgəsində 20 min insanın evi hələ də istifadəyə yararsız haldadır

Qəzza bölgəsində 20 min insanın evi hələ də istifadəyə yararsız haldadır. 
 
Maide.Az "AA"a istinadən xəbər verir ki, bunu Qəzza Blokadası ilə Mübarizə Xalq Komitəsinin müdiri Camal əl-Hudari, yazılı açıqlamasında deyib.
 
O işğalçı İsrailin 2014-cü ildə Qəzza zolağında həyata keçirdiyi hücumlara diqqət çəkib və deyib ki, bu hücumlarda ziyan görən təqribən 2 min evdə  20 min fələstinli yaşayır.
 
C.əl-Hudari hücumlar nəticəsində ziyan görən bu evlərin bərpası üçün təqribən 150 milyon dollara ehtiyac olduğunu bildirib.
 
 O, Qəzzalıların yaşamağa məcbur olduqları bu problemi həll etmək üçün təcili hərəkətə keçməyin lazım olduğunu vurğulayıb. 
 
Qeyd edək ki, Qəzzada 2014-cü ildən bəri evləri dağıdılmış fələstinlilər  ya qaçqın düşərgələrində, ya konteynerlərdə, ya da kirayə evlərdə yaşamağa davam edir.
 
Sionist rejim ordusunun 2014- cü ilin 7 iyulunda başlatdığı və 51 gün davam edən Qəzza hücumlarında 551-i uşaq olmaqla 2 mindən çox fələstinli şəhid olmuş, 11 mindən çox insan yaralanmışdı.
 
Fələstin rəhbərliyi, xüsusiylə hava hücumları nəticəsində xarabaya dönən Qəzzada, 28366 evin ziyan gördüyünü, bunlardan 3329-nun tamamilə, 23445-nin isə qismən yıxıldığını qeyd edib.

Google+ WhatsApp ok.ru