Qəzza qətliamına Tel-Əvivdə yəhudilər belə etiraz etdi

Qəzza qətliamına Tel-Əvivdə yəhudilər belə etiraz etdi

-- aksiyaçılar avtomobil yollarını bağlayıb

Tel-Əvivdə yüzlərlə yəhudi Qəzzada yaşanan son qətliamlara görə Netanyahu hökumətinə etiraz edib. 
 
Maide.Az “shafaqna”-a istinadən xəbər verir ki, etirazçılar "Ərəblərlə Yəhudilər düşmən olmağı istəmir" şüarları səsləndirərək İsrail rejiminin törətdiyi qətliamı qınadı.
 
Məlumata görə, aksiyaçılar avtomobil yollarını bağlayıb və "ikinci bir müharibə istəmirik, bu çıxış yolu deyil; buna görə heç kəs güvəndə deyil; işğalı və mühasirəni sonlandır"  kimi şüarlar səsləndirib, üzərində şüarlar yazılmış pankartlar daşıyıblar. 
 
Xəbəri, Haaretz qəzeti "Qəzzada qan tökülməsindən sonra  Tel-Əvivdə yüzlərlə insandan etiraz" başlığıyla verib. 
 

Google+ WhatsApp ok.ru