Qəzza xəstəxanalarında vəziyyət acınacaqlıdır

Qəzza xəstəxanalarında vəziyyət acınacaqlıdır

-- 2017-ci ildə müalicə üçün icazə vermədiyi 54 xəstə ölüb.

Sionist İsrail rejiminin Fələstini blokadada saxlaması bölgədə dərman qıtlığına səbəb olub.

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Qəzza şəhərindəki xəstəxanalarda vəziyyət ağırdır.

 Qəzzadakı Səhiyyə Nazirliyindəki rəsmilər "Press TV"-nin müxbirinə verdiyi açıqlamada bildiriblər ki, dərman tələbatları var və xəstəxanalarda dərman qıtlığı yaşanır.   

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail rejiminin 2017-ci ildə müalicə üçün icazə vermədiyi 54 xəstə ölüb.

Misirin Rəfah sərhəd keçid məntəqəsini bağlanması ilə Qəzzadakı böhran daha da dərinləşib. 

Qeyd edək ki, 1.85 milyonluq əhalisi olan Qəzza zolağı, 2007-ci ilin iyun ayından etibarən işğalçı İsrail rejimi tərəfəindən mühasirədə saxlanılır. 

Google+ WhatsApp ok.ru