Qəzza ətrafında işğalçı rejimin beton divar tikməsinə Həmasın reaksiyası

Qəzza ətrafında işğalçı rejimin beton divar tikməsinə Həmasın reaksiyası

Fələstin İslami Müqavimət Hərəkatı  (Həmas)  işğalçı sionist rejimin Qəzza zolağı ətrafında beton divar tikməsinə reaksiya verib və bildirib ki, bu addım  müqavimət qüvvələrini qıcıqlandırmaq məqsədilə atılır. 
 
Maide.Az  “AA”-a istinadən xəbrə verir ki,  Əbdüllatif əl-Kanu Qəzza zolağı ətrafında tikilən beton divarın qanunsuz tikildiyini və  bölgədəki gərginliyi dahada gücləndirəcəyini bildirib.  “İsrail  Qəzza zolağı ətrafında beton divar tikməsilə Fələstin müqavimət qruplarını  qıcıqlandırır və bunun nəticələrini qəbul etmək məcburiyyətindədir. Bu divar  işğalçı rejimə sabitlik gətirməyəcək”. 
 
Sionist rejim qüvvələri bir neçə aydır ki,  Qəzza zolağı və Fələstinin işğal olunmuş ərazilərini ayıran sərhəddə  yerin altında və üstündə qalın divar tikməyə başlayıb.  İşğalçı rejim KİV-lərinin məlumatına görə, bu divarın uzunluğu 64 kilometrdir.
 
Bildirilir ki, divarda inkişaf etmiş texnologiyalardan istifadə olunacaq və yer altı tunellərin qazılmasının qarşısı alınacaq.  
 
Divarın  2 il müddətinə başa çatacağı bildirilir. 
 
 

Google+ WhatsApp ok.ru