Qəzza “Böyük Qayıdış Yürüşü”nü davam etdirir

-- 445-i uşaq, 152-si qadın olmaqla isə 3088 nəfər yaralanıb

Bu gün Fələstin xalqı Qəzzada “Böyük Qayıdış Yürüşü” çərçivəsində sərhədə doğru yenidən hərəkət keçib.
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, minlərlə fələstinlinin sərhəddə dinc nümayişinə işağlçı sionist İsrail rejimi tərəfindən sərt müadaxilələr edilir.
 
Toqquşmalar nəticəsində 8 fələstinli yaralanıb
 
İşğalçı rejimin Müdafiə Ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.
 
30 martdan bu günə qədər 33 nəfər şəhid olub. Onlardan 30-u 18 yaşdan kiçikdir.
 
445-i uşaq, 152-si qadın olmaqla isə 3088 nəfər yaralanıb. Bundan başqa, 1 jurnalist öldürülüb, 14-ü isə yaralanıb.
 
Qeyd edək ki, nümayişləri daha 4 həftə davam edəcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru