Qəzzada 5 uşaq şəhid olub

Qəzzada 5 uşaq şəhid olub

-- son 5 həftə ərzində

Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (YUNİSEF) son 5 həftə ərzində Qəzzadakı genişmiqyaslı dinc etirazlarda 5 uşağın öldürüldüyünü, yüzlərlə uşağın isə yaralandığını açıqlayıb.
 
Maide.Az "faktxəbər"-ə istinadən xəbər verir ki, YNUSEF-in Yaxın Şərq və Şimali Afrika direktoru Geert Kappelaere verdiyi yazılı açıqlamada, Qəzzanın uşaqlarının daha yaxşısına layiq olduğunu bildirib.
 
Qəzzadakı elektrik fasilələrinin, yanacaqdoldurma, dərman və avadanlıqların çatışmazlıqlarının onsuz da kövrək olan səhiyyə sistemini daha da bərbad hala saldığını və yaralıların müalicələrini ləngitdiyini qeyd edən Kappelaere, "fiziki yaralanmalardan əlavə, uşaqlarda ciddi psixoloji narahatlıqlar və travma əlamətləri də var. Qəzzada hər 10 ailədən doqquzunun içməli su problemi var.", - deyə yazıb.
 
Qəzzanın İsrail sərhədində fələstinlilər tərəfindən 30 martdan bu yana keçirilən "Böyük Qayıdış" aksiyalarına toxunan Kappelaere, bu müddət ərzində genişmiqyaslı dinc etiraz aksiyalarında İsrail əsgərləri tərəfindən güllələnən 14 yaşlı Qəzzalı uşağı ziyarətinə getdiyini, uşağın 2 həftə xəstəxanada qaldıqdan sonra müalicəsinin evdə davam etdiyini bildirib.
 
Kappelaere Qəzzada uşaqların yarısının humanitar yardımlara yaşadıqlarına diqqəti çəkib. 
 
Xatırladaq ki, aksiyaların keçirildiyi gündən bu yana aralarında jurnalist və 18 yaşdan aşağı uşaqların da olduğu 50 fələstinli İsrail əsgərləri tərəfindən şəhid edilib, 6 mindən çox fələstinli isə yaralanıb.
 
 Fələstinlilər, aksiyalarını İsrailin quruluş ildönümü və "Böyük Fəlakət" adını verdikləri "Nekbenin" tarixi olan 15 Maya qədər davam etdirməyi planlaşdırır.
 

Google+ WhatsApp ok.ru