Qəzzada 8 mindən çox xərçəng xəstəsi ölümlə üz-üzə qalıb

Qəzzada 8 mindən çox xərçəng xəstəsi ölümlə üz-üzə qalıb

Qəzza zolağında xəstəxanalarda təcili müalicəyə ehtiyacı olan 8260 nəfər xərçəng xəstəsi blokada ucbatından ölüm təhlükəsilə üz-üzə qalıblar.
 
Maide.Az "felestin.info"-a istinadla xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Əşrəf əl-Qidra bildirib ki, xərçəng xəstələri üçün ehtiyac duyulan dərman preparatlarının 80 faizi çatışmır, bu da müalicə prosesinin dayanması və xəstələrin ölümlə üz-üzə qalması deməkdir.
 
Nazirliyin açıqlamasına görə, Qəzzadakı əl-Rantisi hospitalında 6100 xərçəng xəstəsi var ki, onların 460 nəfəri uşaqlardır. Xan-Yunisdəki Avropa hospitalında isə 1700 xərçəng xəstəsi müalicə alır.
 
İnsan haqları təşkilatları Fələstin prezidenti Mahmud Abbası Qəzza zolağına tətbiq etdiyi cəza kampaniyalarını dayandırmağa çağırıblar. Məhz bu sanksiya tədbirləri ucbatından xəstəxanalar işıqsız və dərmansız qalıb.
 
Bildirək ki, Qəzza zolağı HƏMAS-ın seçkilərdəki qələbəsindən sonra 11 ildir ki, İsrail rejimi tərəfindən quru və dənizdən blokadaya alınıb. Bundan əlavə Fələstin hökuməti də buradakı dövlət qulluqçularının əmək haqlarını dayandırıb, elektrik və tibbi təminat xərclərini məhdudlaşdırıb.
 

Google+ WhatsApp ok.ru