Qəzzada daha bir fələstinli jurnalist həlak oldu - FOTO

Qəzzada daha bir fələstinli jurnalist həlak oldu - FOTO

-- bir aydır ki, davam edən aksiyalarda o, həyatını itirən ikinci jurnalistdir

Qəzza zolağında sərhəddə İsrail hərbçiləri tərəfindən yaralanan  fələstinli jurnalist xəstəxanada vəfat edib.
 
Maide.Az "FaktXeber"-ə istinadən xəbər verir ki, bir aydır ki, davam edən aksiyalarda o, həyatını itirən  ikinci jurnalistdir.
 
25 yaşlı Əhməd Əbu Hüseyn yerli radiostansiya üçün reportaj hazırlayarkən  güllələnmişdi. Qəzza  zolağında Səhiyyə Nazirliyi  bəyan edib ki, qarnından güllə yarası alan gənc jurnalist  Təl-əviv yaxınlığında Şeba  hospitalında  müalicədən sonra vəfat edib.
 
 

Google+ WhatsApp ok.ru