Qəzzada Səudiyyə rejiminin Yəmənə təcavüzü mövzusunda konfrans keçirilib - FOTO

Qəzzada Səudiyyə rejiminin Yəmənə təcavüzü mövzusunda konfrans keçirilib - FOTO

Qəzzada Səudiyyə rejiminin Yəmənə təcavüzü mövzusunda konfrans keçirilib. 
 
Maide.İnfo beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, konfrans Fələstin Mətbuat Birliyi və “Yəmənə təcavüzü dayandırın” insan hüquqları birliyinin əməkdaşlığı ilə təşkil olunub. 
 
Konfransda  siyasi, ictimai və mədəni şəxsiyyətlər, siyasi ekspertlər və jurnalistlər iştirak edib. 
 
Konfrans iştirakçıları Səudiyyə rejiminin Yəməndə törətdiyi cinayətlərin dayandırılmasını tələb edib. 
 
Onlar Yəmən xalqına qarşı təşkilatlanmış və məqsədli soyqrımın həyata keçirildiyini və bu cinayətlərin ABŞ tərəfindən dəstəkləndiyi bildirib və əlavə edib ki, Yəmən xalqına qarşı atılmış addımların oxşarı Qəzza və işğal olunmuş Fələstin torpaqlarında da Fələstin xalqına qarşı atılır. Hər iki xalqa qarşı oxşar cinayətlər törədilir. 
 
Konfrans iştirakçıları cinayətkarın, təcavüzçünün və regionda baş verən müharibənin məqsədinin bir olduğunu, yəni ABŞ və onun müttəfiqləri olduğunu vurğulayıb.
 
 
 
غزه/همایش/کنار خبر
 

Google+ WhatsApp ok.ru