Qəzzada İsrailin `azan qadağası` layihəsinə etiraz

Qəzzada İsrailin `azan qadağası` layihəsinə etiraz

Qəzzada İsrailin ölkədə azanın müəyyən saatlarda səsucaldanla oxunmasını qadağan edən qanun layihəsinə qarşı aksiya keçirilib.

HƏMAS tərəfindən təşkil edilən nümayişdə "Minarələr susmayacaq", "İrqçiliyiniz kifayətdir" yazılı plakatlar qaldırılıb.

Aksiyaya qoşulan fələstinli millət vəkili Məhəmməd Şihab sionist İsrailin "azan qadağası" layihəsinin "bütün müsəlmanları hədəfə alan bir cinayət" olduğunu qeyd edib.

"Qüdsdə və başqa məkanlardakı Fələstin xalqı bu qərarın qüvvəyə minməsinə imkan verməyəcək", - deyən Şihab bütün müsəlmanlara İsrailin "irqçi" qərarları ilə mübarizə üçün birliyə çağırıb. (eastnews) /

Google+ WhatsApp ok.ru