Qəzzada şəhid olanların sayı artıb

Qəzzada şəhid olanların sayı artıb

-- işğalçı rejim əsgərləri daha 2 fələstinlini şəhid etdi

İşğalçı İsrail əsgərlərinin açdığı atəş nəticəsində  Qəzza zolağının Xan Yunus bölgəsində 3 fələstinli şəhid olub.  
 
Maide.Az bildirir ki, bunu  Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib. 
 
Ə.Kudranın sözlərinə görə, işğalçı rejimin atəş açması nətisəində  Beha Əbdürrəhman Kadih (23 yaş) və Məhəmməd Xalid Əbu Raydə (20 yaş) adlı iki fələstinli şəhid olub, daha bir nəfər isə yaralanıb. 
 
Qəzzanın İsrail sərhədində fələstinlilər tərəfindən 30 martdan bu yana keçirilən "Böyük Qayıdış" dinc aksiyalarda aralarında  jurnalist və 18 yaşdan aşağı uşaqların da olduğu 50-dən çox  fələstinli İsrail əsgərləri tərəfindən şəhid edilib, 6 mindən çox fələstinli isə yaralanıb.
 
Fələstinlilər, aksiyalarını İsrailin quruluş ildönümü və "Böyük Fəlakət" adını verdikləri "Nekbenin" tarixi olan 15 Maya qədər davam etdirməyi planlaşdırır.
 

 

Google+ WhatsApp ok.ru