Qəzzadakı uşaqlardan İsrail əleyhinə aksiya 23 İyul 2018 01:00 Fələstin Qəzzalı uşaqlar, İsrail rejiminin Fələstin xalqına qarşı etdiyi zülm və haqsızlıqlara görə cavab verməsini tələb edir. Maide.Az "AA"-a istinadən xəbər verir ki, Böyük Qayıdış Yürüşü tədbirləri çərçivəsində Qəzza zolağının qərbində təşkil edilən aksiyaya qoşulan uşaqlar, babalarının torpaqlarına dönmək istədiklərini bildiriblər. Qəzzadakı blokadanın götürülməsini istəyən kiçik etirazçılar, " Ey Qüds, biz gəlirik" , " Qayıdırıq ey vətən" yazılı pankartlar qaldırıblar. Etiraz aksiya iştirakçılarından Hamadə Ehil, AA jurnalistinə verdiyi müsahibədə " Babalarımızın müdafiə etdiyi torpaqlarımıza dönməyin haqqımız olduğunu unutmadıq və heç bir zaman unutmayacağıq. Bunu vurğulamaq üçün toplandıq" dedi. "Fələstin bir İslam və Ərəb diyarıdır"-deyən Hamadə Ehil "Qüds Fələstinin əbədi paytaxtıdır, sionistlərin heç bir haqqı yoxdur" kimi şüarlar səsləndirdi. Teqlər : #Qəzzadakı uşaqlardan İsrail əleyhinə aksiya, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli alimlərə Əlcəzairdə sui-qəsd edilib - MOSSAD tərəfindən İsrail rejimi Qəzzaya yenə hücum etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar