Qəzzadakı xərçəng xəstələri aclıq elan etdi

Qəzzadakı xərçəng xəstələri aclıq elan etdi

Qəzza sektorunda olan onlarla xərçəng xəstəsi aclıq aksiyası elan ediblər. Onlar bu yolla Fələstin anklavı hüdudlarından kənarda müalicə almaq imkanı əldə etməyə çalışırlar.
 
Etiraz aksiyasının hədəfində sərhədin keçilməsinə sərt məhdudiyyətlər qoyan İsrail rejimi ilə yanaşı, Fələstin hökuməti də olub. Qadınların Fələstin hökumətindən olan gözləntiləri  İsrail və ya İordan çayının Qərb sahilindəki klinikalarda müalicə ala bilmək üçün ölkədən çıxış icazəsinin verilməsindən ibarətdir.
 
“İlk addım atılıb: 35 qadın aclıq aksiyası elan edib. Biz digər xəstələri də hərəkatda iştirak etmələri üçün cəlb edəcəyik.”, - deyə Onkoloji xəstələrin “Yardım və Ümid” adlı dəstək fondunun koordinatoru İman Şanan.
 
Onun məlumatına əsasən, xərçəng və qan xəstəliklərindən əziyyət çəkən Qəzza sakinlərinin 46 faizi və ya təxminən 2500 nəfər anklavdan xaricə çıxmaq imkanından məhrumdurlar. Xanım Şanan əlavə edib ki, ölkə hüdudundan xaricə çıxmaqla bağlı olan ciddi problemlər təxminən 3 ay öncə başlayıb.
 
Adıçəkilən fondun direktoru Uafa Musa qeyd edib ki, Qəzzadakı xərçəng xəstələri dərman çatışmazlığı ilə ölkə hüdudunda müalicə almağa qoyulan qadağaların arasında öz əcəllərinin çatacağı günü gözləyirlər.(islamazeri)
 

Google+ WhatsApp ok.ru