Qəzzanı mühasirəsini dahada ağırlaşdıran beton divarın inşası bu il bitəcək

Qəzzanı mühasirəsini dahada ağırlaşdıran beton divarın inşası bu il bitəcək

-- İşğalçı rejim Fələstinli yürüş iştirakçılarına həqiqi mərmilərdən istifadə etməyə icazə verəcək

Fələstinə təcavüzünü davam etdirən sinoist İsrail rəhbərliyinin göstərişi ilə Qəzzada beton divarın inşası davam edir.

Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, divarın 2018-ci ilin sonuna qədər hazır olacağı bildirilir.

İşğalçı rejimin Baş Qərargahının rəisi Qadi Eyzenokt bildirib ki, fələstinlilər cümə günün planlaşdırılan aksiyada divarlara hücum edərsə, hərbiçilərə həqiqi mərmilərdən istifadə etməyə icazə veriləcək.

O, barrikadaların gücləndiriləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, martın 30-da Qəzza zolağı - Fələstinin işğal olunmuş ərazilərini ayıran sərhəddə “Böyük qayıdış yürüyüşü” keçirilməsi planlaşdırılıb.

Bu yürüş, 1948-ci ildə sionist rejim tərəfindən öz yurdlarından qovulanların geri qayıtmasına dəstək mahiyyəti daşıyır.

Xatırladaq ki, Sionist rejim qüvvələri  Qəzza zolağı və Fələstinin işğal olunmuş ərazilərini ayıran sərhəddə  yerin altında və üstündə qalın divar tikir.  İşğalçı rejim KİV-lərinin məlumatına görə, bu divarın uzunluğu 64 kilometrdir.

 

Google+ WhatsApp ok.ru