Qəzzaya gedən Azadlıq flotu İngiltərədə

Qəzzaya gedən Azadlıq flotu İngiltərədə

-- Gəmi cümə günü Brightondan Fransanın La Rochelle limanına hərəkət edəcək

Sionist İsrail rejiminin Qəzzaya tətbiq etdiyi mühasirəni yarmaq məqsədiylə 15 mayda Norveç və İsveçdən yola düşən "Qəzzaya Azadlıq Flotu"- nun "Azadlıq" adlı gəmisi İngiltərənin Brighton şəhərində dəstək nümayışı ilə böyük coşqu ilə qarşılandı.
 
Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki,ölkənin cənubundakı Brightona yetişən və şəhərdə iki müxtəlif yerdə bayraqlar, pankartlar, və şüarlarla qarşılanan "Azadlıq" gəmisi İngiltərəyə gələn ilk gəmidir. 
 
Gəmidəki fəallar, Brightonda keçiriləcək tədbirlərdə 3 gün boyunca yerli əhaliyə İsrailin Qəzzanı mühasirəyə alması haqqında məlumat verəcək. İsveçdən yola düşən bu gəminin cümə günü Brightondan Fransanın La Rochelle limanına hərəkət etməsi planlaşdırılır.
 
Qəzzanın mühasirəsini yarmaq üçün 8 il əvvəl yola çıxan və 500 dən çox insanı daşıyan Mavi Marmara gəmisinə,işğalçı İsrail ordusunun 31 may 2010- cu ildə  etdiyi hücumda silahsız 10 fəalı şəhid olmuş, çox sayda insan yaralanmışdı.
 
Qeyd edək ki, Avropa gəmi flotu “Həqiqət Fələstin məsələsinin ədalətli həllindədir” devizi ilə iki ay səfər boyu müxtəlif proqramlar həyata keçirəcək. Atlantik okeanından Aralıq dənizinə daxil olan flot bir sıra Avropa dövlətlərinin limanında duraraq, Fələstin məsələsinin ədalətli həllinə çağırışlar edəcək.
 
Bu flotda Amerika, Kanada, CAR, İsveç, Fransa, Türkiyə, İspaniya, İtaliya, Norveç və sair ölkələrin  fəalları, alimləri və akademikləri var.
 

Google+ WhatsApp ok.ru