Qəzzaya yanacaq və qaz keçirilməsi qadağan olundu

Qəzzaya yanacaq və qaz keçirilməsi qadağan olundu

İşğalçı İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman Qəzza zolağına yanacaq və qaz verilməsini qadağan edib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Libermanın tapşırığına əsasən bu gün səhər saatlarından etibarən Kerem Şalom keçid məntəqəsindən Qəzza ərazisinə heç bir yanacaq və maye qaz məhsulları buraxılmayacaq.
 
Qeyd edək ki, İsrail rejimi Qəzza bölgəsindən Fələstinin işğal altında olan bölgələrə alışıcı çərpələnglər və partlayıcı şarların buraxılmasına cavab olaraq belə bir addım atıb. Liberman bəyan edib ki, İsrail tərəfə yandırıcı materialların buraxılmasına son qoyularsa keçid məntəqəsinin tam fəaliyyəti bərpa ediləcək.
 
Xatırladaq ki, Kerem Şalom keçidi bir həftə boyunca bağlı qaldıqdan sonra bu yaxınlarda qismən açılıb. Məhdud fəaliyyət göstərən keçid məntəqəsindən Qəzza bölgəsinə əsasən ərzaq, tibbi preparatlar, yanacaq və maye qaz məhsulları keçirilir.
 

Google+ WhatsApp ok.ru