Rəsmi Banqladeş ölkə müsəlmanlarına Həcc səfərinə getməyə imkan vermir

Banqladeş müsəlmanları hökümətin Həcc səfəri biletlərinə monopoliya tədbiq etməsindən narahatlıq keçirir, bu qərar çox sayda vətəndaşın müqəddəs məkanları ziyarət etmək arzularını ürəyində qoyub. 

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Banqladeş höküməti Həcc ziyarətinə getmək üçün yalnız "Saudi Airlines" və "Bangladesh Biman" aviakampaniyalarından istifadə üçün qərar qəbul edib. Hökumətin monopoliyası aviabiletlərin giymətini əhəmiyyətli dərəcədə artırıb. 

"Zəvvallar üçün digər, daha əlverişli uçuşların təşkili üçün biz məhkəmədə iddia irəli sürmüşük. İddia nəzərdən keçirilir, bu problem hələ də aradan qaldırılmayıb. " - deyə Banqladeş Həcc Agentlikləri Assosiasiyasının prezidenti İbrahim Bahar bildirib. 

Məlumata əsasən, Banqladeş hökuməti həmçinin bu ildən yeni qərar qəbul edib. Belə ki, Həccə getmək istəyən heç bir zəvvarın məhkumluğu və ömrünün son 50 ilində qanunla heç bir problemi olmamalıdır. 

Bütün bunlar Məkkəyə getmək istəyən Banqladeş müsəlmanlarının sayını əhəmiyyətli dərəcədə azaldıb. 

Bu il 98 799 nəfər müsəlman bu ölkədən Həcc ziyarətinə səfər edib.  /

Google+ WhatsApp ok.ru